Maraqlı

Körpəyə ilk verilən bu qidalar təhlükəlidir

19 Dekabr 2020 21:55
Baxış: 1 054
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Körpələrə verilən ilk qidalar zamanı çox diqqətli olunmalıdır.

Milli.Az immunitet.az-a istinadən bildirir ki, bu barədə Türkiyənin Kocaeli universitetinin pediatrı, professor Nazan Sarper məlumat verib. Onun sözlərinə görə, ilk dəfə körpəyə yumurtanın sarısı verilməlidir:

"Yumurtanın ağında yad protein olduğu üçün bunu uşağa bir yaşından öncə verməməliyik. Körpələrə bal verilməyi də düzgün hesab etmirik. Əsl balı tapmaq çətindir deyə əvəzinə bəhməzi məsləhət görürük".

İlk 6 ayda uşağa inək südünün verilməsini düzgün hesab etməyən pediatr valideynlərə tövsiyələr edib:

"Xüsusilə də ilk 6 ayda ana südü əsasdır. Südünüz çatmırsa hazır qidalardan istifadə edə bilərsiniz. Mümkün qədər 1 il ərzində ana südü verilməlidir. İlk 6 ayın sonunda qatıq, tərəvəz, suplar, kök, kartof kimi qidalar uşağa verilə bilər. Bir həftə alma vermisinizsə, digər həftə mandarina verməlisiniz. Bunun sayəsində uşağın allergiya olub-olmadığını da yoxlaya bilərsiniz".

Sarper, uşaqlara qızartma yeməyin verilməsini yanlış addım kimi dəyələndirib.

"İlk 8 aydan sonra uşağa balıq, toyuq, qırmızı ət verilə bilər. Adətən analar yeməyi yedizdirmək əvəzinə suyuna çörəyi batırıb verməyə çalışırlar. Qeyd edim ki, bunun elə də faydası yoxdur",-deyə Sarper vurğulayıb.

Uşaqlara ət suyu qədər ətin özünü də vermək vacibdir. Mütəxəssis, azyaşlının ət suyunu içməsi ət yediyi anlamına gəlmədiyini qeyd edib:

"Bunun üçün valideynlər qidalandırma zamanı diqqətli olmalı və bol vitaminlərlə zəngin yeməklərə üstünlük verməlidirlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.