Maraqlı

"Hədiyyə gözləmirəm. əvəzinə xəstələrə yardım etməyinizi istəyirəm"

17 Dekabr 2020 18:22
Baxış: 1 500
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktyor Burak Özçivit sosial media hesabında sevənlərinə çağırış edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Özçivit qarşıdan gələn ad günü üçün heç bir hədiyyə gözləmədiyini, bunun əvəzində xərçəngdən əziyyət çəkən xəstələrə yardım edilməsini deyib. 

"Əziz ailəm və dostlarım. Dekabrın 24-ü ad günümdür. Sizdən hədiyyə, ya da təbrik gözləmirəm. Hər birinizdən yaxşılıq etməyinizi istəyirəm. Az, ya da çox, fərqi yoxdur. Edəcəyiniz maddi yardımlar məni çox sevindirəcək. Xərçəng xəstəsi olan uşaqları, böyükləri xatırlayaq. Əlimizdən gələn qədər onlara dəstək olaq" - deyə, Burak bildirib.

Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.