Maraqlı

“Google” passiv istifadəçilərin hesablarını silməyə başlayacaq

17 Dekabr 2020 19:40
Baxış: 641
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir müddət əvvəl "Google" şirkəti "Google Photos" xidmətində yerləşdirilmiş şəkillər üçün məhdudiyyətsiz bulud saxlanc sisteminin təqdim edilməsi siyasətindən imtina etmişdi. Yenilik 2021-ci ilin yayından tətbiq ediləcək. Bundan başqa, 2021-ci ilin yayından şirkət 2 ildən çox istifadə edilməyən "Gmail", "Google Drive" və ya "Google Photos" hesablarının silinməsi qaydasını tətbiq edəcək.
 
Milli.Az ictnews.az-a istinadən bildirir ki, hesabınızın silinməməsi üçün vaxtaşırı ondan istifadə etmək lazımdır. Bu halda istifadəçi onun hesabı üçün ayrılmış 15 QB-lıq limit həddini keçərsə və 2 il müddətində əlavə disk sahəsi üçün ödəniş etməsə, axtarış nəhəngi yuxarıda göstərilən xidmətlərdəki məzmunu silmək hüququna malik olacaq.
 
Qeyd etmək lazımdır ki, şirkət hesabı silməzdən öncə onun sahibinə öz niyyəti haqqında bildirəcək. Xəbərdarlıq elektron poçta məktub şəklində göndəriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.