Maraqlı

Koronavirus zamanı anomal gedişat: Temperatur çox aşağı da olur- SƏBƏBİ

12 Dekabr 2020 23:55
Baxış: 3 209
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirusa yoluxanlarda əsas əlamət yüksək hərarət sayılır. Amma Covid xəstələrinin bir qismində hərarət müşahidə olunmur, olunsa da tez bir zamanda hətta normal səviyyədən də aşağı olur.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bu ölkədən olan immunoloq COVID-19-un anomal gedişatının səbəblərini açıqlayıb.

İmmunoloq Vladimir Bolibok koronavirus xəstəliyi zamanı insanın temperaturunun kəskin şəkildə aşağı düşdüyü anomal gedişatı izah edib. Mütəxəssis deyib ki, anomal bir gedişlə bəzi xəstələrdə bir yarım - iki həftə arasında yüksək bir temperatur olur. Bəzi xəstələrdə fərqli bir vəziyyət müşahidə olunur - insanda bir neçə gün istilik olur və sonra istilik 35 dərəcə və hətta ondan da aşağı olur. Həkimin sözlərinə görə, xəstəliyi yüngül keçirənlərdə temperatur aşağı olur. Temperaturun aşağı olmasının səbəbi isə orqanizmdə metabolizmanın tənzimlənməsində yaranan kənaraçıxmalarla bağlı ola bilər.

Qeyd olunub ki, bir qədər əvvəl İngiltərədən olan mütəxəssislər koronavirusun mövsümi bir xəstəliyə çevrilə biləcəyini bildiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.