Maraqlı

Huawei-i sıxışdırmaq üçün İngiltərə 250 milyon funt sterlinq xərcləyəcək

28 Noyabr 2020 08:35
Baxış: 721
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Huawei-in telekommunikasiya şəbəkəsindən istifadəsini qadağan edən ölkələrin sayı artır.

Bu ilin əvvəlində İngiltərə Çin nəhəngi Huawei-in 5G infrastrukturunu ölkədə qadağan edərək, yerli telekom şirkətlərindən 2027-ci ilə qədər Huawei avadanlığından imtina etməyə çağırdı.

İngiltərə səlahiyyətliləri indi Huawei avadanlığını ölkənin telekommunikasiya infrastrukturundan çıxarmaq üçün təqribən 250 milyon funt sterlinqə və ya milyard dolların üçdə birinə ehtiyac olduğunu bildiriblər.

Milli.Az ted.az-a istinadən bildirir ki, İngiltərə, gələn il "etibarlı və möhkəm 5G şəbəkəsi" yaratmaq üçün 50 milyon funt sterlinq xərcləyəcək.

Bazarda Huawei avadanlığının olmamasına görə İngiltərədəki mobil operatorların yalnız iki təchizatçısı olacaq: Nokia və Ericsson. Analitiklər bunun təhlükəsizliyə zərər verə biləcəyini və bazarda qiymətlərin artmasına səbəb olacağını düşünürlər. Ölkə rəhbərliyi tərəfindən ayrılan vəsait, ilin sonunda nəticələr barədə əlavə məlumat verən monitorinq işçi qrupunun yaradılmasına da sərf ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.