Maraqlı

Hər gün yumurta yemək risklidir?

28 Noyabr 2020 19:55
Baxış: 1 826
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gündə bir və ya daha çox yumurta yeməyin diabet riskini artıra biləcəyi müəyyən edilib.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, Cənubi Avstraliya Universiteti, Çin Tibb Universiteti və Qətər Universiteti alimləri bununla bağlı ortaq şəkildə uzunmüddətli araşdırma aparıblar. Çində 1991-2009-cu illər arasında yetkin şəxslərin qidalanmasını izləyən tədqiqat, müntəzəm olaraq gündə bir və ya daha çox yumurta (50 qrama bərabər) yeyən insanlarda diabet ehtimalının 60 faiz artdığını təsbit edib.

Cənubi Avstraliya Universitetinin epidemiologiya və ictimai səhiyyə üzrə mütəxəssisi Ming Li, araşdırma dövründə Çində tərəvəz və taxıl məhsullarının üstünlük təşkil etdiyi ənənəvi qidalanmadan daha çox ət, enerjili qidalar olan yemək tərzinə keçildiyini söyləyib. O, müntəzəm olaraq yumurta yeyənlərin sayının 2009-cu ildə 1991-ci illə müqayisədə təxminən iki dəfə artdığına diqqət çəkib. Daimi yumurta yeyilməsi ilə şəkərli diabet arasında bu əlaqənin qadınlarda daha çox üzə çıxdığı bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.