Maraqlı

Gün ərzində 1 stəkan bu içkidən istifadə etmək qan damarlarındakı sklerozun təmizlənməsinə səbəb olur

24 Noyabr 2020 08:51
Baxış: 1 917
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qəfil ölümlərə səbəb olan infark və insultun baş verməsinə damarların divarının müxtəlif səbəblərdən daralmasıdır. Damarların divarının daralması aşağıdakılara səbəb olur:

* ateroskleroz
* hipertoniya
* insult
* infarkt
Damar divarlarının daralmasına qanda xolesterinin və duzların miqdarının artıq olması səbəb olur. Bu isə düzgün qidalanmamanın nəticəsində baş verir. Damarlarda ateroskleronun baş verməsi ilkin dövrlərdə simptomsuz keçir. Sonralar isə xəstələrdə zəiflik, baş hərlənməsi, ətraflarda soyuq hissiyyatın olması, xroniki yorğunluq kimi əlamətlərlə insanı narahat edir. Bu əlamətlərin baş verməməsi üçün isə mütəxəssislər qan damarlarının ən azı ildə 1 dəfə təbii yollarla təmizlənməsi məsləhət görürlər. Siz aşağıdakı vasitələrdən istifadə etməklə qan damarlrınızı təmizləyə bilərsiniz.

Lazım olanlar:
* kərəviz - 2 dəstə
* pomidor şirəsi - 200 ml
* zəngəfil - 0,5 çay qaşığı
* limon şirəsi - 50 ml
* qara istiot - ¼ çay qaşığı
Hazırlanması:
Kərəvizin zoğlu hissəsi xırdalanıb blenderdə üyüdülür. Pomidorun təzə sıxılmış şirəsi və digər məhsullarla birlikdə sıxılmış kərəvizə əlavə edilib qarışdırılır.

Qarışımdan 1 stəkan qida zamanı qəbul edilir. Sutkalıq qəbulu 3 stəkandan artıq olmamalıdır. Müalicəyə başlamazdan əvvəl mütləq mədə-bağırsaq həkimi ilə məslhətləşmək lazımdır.

Qan damarlarının təmizlənməsi ürəyin, beyinin işini asanlaşdırır. Qida rasionunda yağlı və qızarmış qidaları azaltmaqla damar divarlarınızda əmələ gələn patoloji prosesdən özünüz də xilas ola bilərsiniz.

Oxuduqlarınızı bəyəndinizsə o zaman dostlarınızla paylaşıb onları da məlumatlandırın.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.