Maraqlı

Xiaomi-nin ilk qatlanan modeli barədə YENİ DETALLAR

5 Noyabr 2020 22:50
Baxış: 962
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xiaomi-nin ilk qatlanan modelinin təqdimat tarixi dəqiqləşib.

Milli.Az ted.az-a istinadən bildirir ki,  sözügedən model Çinin China Star şirkəti tərəfindən istehsal ediləcək. Telefonun 8 düymlük OLED ekrana sahib olduğu deyilir.

Məlumatda o da qeyd olunur ki, smartfon 2021-ci ilin baharında rəflərdə yerini alacaq.

Bütün bunlarla yanaşı, modelin adı və digər detalları hələlik gizliliyini qoruyur.

Qeyd edək ki, Xiaomi qatlanan telefon bazarına rəqiblərilə müqayisədə gec addım atıb. Bütün bunlara rəğmən şirkət böyüklüyünə görə sözügedən bazarda 3-cü sırada qərarlaşıb. Birinci və ikinci pillədə Samsung və Huawei yer alır. Apple isə dördüncü yerdədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.