Bioloqlar: Köhnə dünyadakı meymunlar koronavirusa qarşı davamsızdır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bioloqların fikrincə, Köhnə dünyadakı bütün ensizburun meymunlar yeni növ koronavirusa yoluxa bilər. Tədqiqatçılar bununla bağlı SARS-CoV-2 virusunun insanın və digər canlıların hüceyrəsinə daxil olmaq üçün onların orqanizmində istifadə etdiyi zülalların quruluşunu müqayisə ediblər. Tədqiqatın nəticələri "Communications Biology" jurnalında dərc edilib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, tədqiqatçıların hesablamalarına görə, Köhnə dünyadakı meymunlarda da ACE2 reseptorunun insan versiyasında olduğu kimi 12 vacib aminturşu var. Koronavirus sağlam hüceyrəyə daxil olmaq üçün məhz bu reseptordan istifadə edir. Bu baxımdan Amerikadakı meymunlar və lemurlar ciddi fərqlənir. Bu, yeni növ koronavirusun onların reseptor hüceyrələrinə yapışma ehtimalını kəskin azaldır.
COVID-19 xəstəliyini yaradan SARS-CoV-2 koronavirusu nəinki insanı, həmçinin bir çox məməliləri yoluxdura bilir. Bu sıradan olan məməlilərdən makak-rezus, samur və pişikləri qeyd etmək olar. Bütün bu canlılara infeksiya insanda olduğu kimi güclü təsir edir. Lakin itlərdə, donuzlarda və ev quşlarında virus effektiv çoxala bilmir. Alimlərin fikrincə, bu, heyvanlarda ACE2 reseptorunda hüceyrə quruluşunun müxtəlifliyi ilə əlaqədardır.
Nyu-York Universitetinin dosenti Ceyms Hayemin rəhbərliyi ilə amerikalı və kanadalı bioloqlar SARS-CoV-2 virusunun primatlar üçün təhlükəli olub-olmamasını aydınlaşdırmağı qərara alıblar. Onlar primatların əsas qruplarından olan heyvanların, eləcə də lemurların və Amerika əntər meymunlarının genlərini tədqiq ediblər.
Tədqiqatçıları, ilk növbədə, ACE2 zülalının koronavirusun zülalı ilə birləşərək onun hüceyrəyə daxil olmasına kömək edən hissəsi maraqlandırıb. Bioloqlar genin bu hissəsində mutasiyaların yaranmasını izləyiblər və bu cür mutasiyaların virusun qılafı ilə ACE2 arasında əlaqəni və möhkəmliyi necə dəyişdiyini hesablayıblar. Bu hesablamalar göstərib ki, Köhnə dünyanın bütün meymunlarında ACE2-də genin əsas hissəsi insan genində olan analoji hissədən fərqlənmir. Mutasiya yalnız bir neçə halda təsir göstərməyib. Məlum olub ki, ensizburun meymunlar SARS-CoV-2 virusunun hücumuna qarşı çox davamsızdır. Lakin enliburun meymunların genomunda ACE2-nin kritik vacib hissəsində eyni vaxtda bir neçə mutasiya olub. Bu mutasiyalar səbəbindən enliburun meymunlar koronavirus infeksiyasına yoluxmayıb. Lemurlar və onun həmcinsləri bu baxımdan aralıq mövqe tutur.
Tədqiqatçıların fikrincə, Köhnə dünyanın primat və meymunlarının bu xüsusiyyətləri vəhşi təbiətdə infeksiyaların mümkün mənbəyinin yaranmasını müşahidə edərkən, habelə nadir növlərin nəslini qoruyarkən nəzərə alınmalıdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakının bu ərazisində işıq kəsiləcək
-
Kamaləddin Qafarov: Bu Zəfər milli iradənin təntənəsi idi
-
Millətlər Liqası: Ronaldusuz Portuqaliya 1/4 finalda!
-
Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı
-
Soyuq hava mövsümü başladı: Viruslardan necə qorunmalı?
-
Qəlbləri ən asan fəth edən 5 bürc
-
Mıhlama nə ilə yeyilir?
-
“Bitcoin” 190 min dolları keçə bilər
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib





