Maraqlı

Gündə 20 dəqiqə idman, artıq çəkidən azad olmaq qadınlarda bu riski azaldır

24 Oktyabr 2020 19:20
Baxış: 1 002

Süd vəzi xərçəngi qadınlar arasında ən geniş rast gəlinən xərçəng növü, xərçənglə bağlı qadın ölümlərinin əsas səbəbidir.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu Türkiyədən olan ümumi cərrah, professor Atakan Sezer Anadolu Agentliyinə açıqlamasında deyib.

Süd vəzi xərçənginin süd kanalları və kisəciklərində inkişaf edən xəstəlik olduğunu bildirən mütəxəssis bunun əsas səbəbinin irsi meylillik olduğunu vurğulayıb. Ailəsində süd vəzi xərçəngi olan, süd vəzinə şüa müalicəsi almış, daha əvvəl süd vəzi və ya yumurtalıq xərçəngi olan, heç vaxt doğuş keçirməyən, erkən menopauzaya girmiş, piylənməsi olan, esterogen hormonu müalicəsi almış qadınlarda süd vəzi xərçəngi riski artır. Bundan başqa, hərəkətsiz həyat tərzi, esterogen tərkibli hamiləlik əleyhinə dərmanlar da xərçəng riskini artıra bilir. Mütəxəssis bildirib ki, xəstəliyin rats gəlmə tezliyi yaşla bağlıdır, ən çox 60 yaşdan sonra rast gəlinir, 70 yaşdan sonra rast gəlmə tezliyi 12 faiz, 30 yaşdan sonra isə 3 faizdir.

Professor bildirib ki, süd vəzisində kütlə, süd vəzi giləsində qanlı axıntı, gilə ucunun içəri çəkilməsi, süd vəzi dərisində damarların çoxalması, portağal qabığı görünüşü, yara yaranması, qoltuq altında ələ kütlə gəlməsi kimi şikayətlər ən çox rast gəlinən şikayətlərdir.

Onun sözlərinə görə, gündə az miqdarda alkoqol qəbul edən qadınlarda süd vəzi xərçəngi olma riski 10 faiz artır, gündə 20 dəqiqə idman edən qadınlarda süd vəzi xərçəngi riski 25 faiz azalır. Həmçinin qadınlar həyat tərzi və qidalanma alışqanlıqlarını dəyişdirərək süd vəzi xərçəngi olma riskini azalda bilərlər.

Mütəxəssis qeyd edib ki, artıq çəkini azaltmaq, mütəmadi idman, qidalanmada göyərtilərə üstünlük vermək, bitki yağları, daha çox Ağdəniz usulü ilə, sağlam qidalanmaqla, alkoqol qəbulunun azaltmaqla süd vəzi xərçənginin yaranmasının qarşısını almaq, bu riski 30-40 faiz önləmək olar.

Professor qadınlara tövsiyə edib ki, hər ay özləri süd vəzlərini müayinə etsinlər, 40 yaşdan sonra ildə bir dəfə mammoqrafiya müayinəsi olunsunlar, mammoloq cərraha müraciət etsinlər. Çünki erkən diaqnoz həyat qurtarır.

Qeyd edək ki, hər ilin oktyabr ayında süd vəzi xərçəngi ilə mübarizə aylığı keçirilir. Aylığın keçirilməsi hər il oktyabrın 15-də dünyanın bir çox ölkəsində qeyd olunan Süd Vəzi Xərçənginə Qarşı Ümumdünya Mübarizənin Günü ilə bağlıdır. Bu tədbirlərin keçirilməsini ilkmək dəfə 1993-cü ildə Ümumdünya Səhiyyə Təşkilatı tərəfinfən elan olunub.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.