Maraqlı

Yer kürəsinə bənzər planet kəşf edilib

29 Sentyabr 2020 23:45
Baxış: 1 863
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Astronomlar böyüklüyünə görə Yer kürəsinə bənzər və ulduzunun ətrafında 3,14 günə dövr edən ekzoplanet kəşf edib.

Milli.Az ted.az-a istinadən bildirir ki, K2-315b adı verilən planet, ilk olaraq 2017-ci ildə K2 missiyası zamanı NASA-nın Kepler orbital teleskopu tərəfindən görüntülənib.

Alimlər Çilidəki Paranal rəsədxanasının SPECULOOS sistemindən istifadə edərək dörd teleskopunu birləşdirib onun parametrlərini təyin etməyə çalışır.

SPECULOOS sistemi ultra soyuq ulduzlar - qəhvəyi cırtdanlar ətrafında potensial yaşayış planetlərini axtarmaq üçün yaradılıb. Ulduzdan nisbətən kiçik məsafədə dövr edən bu cür planetlərdə bəzi hallarda həyat mövcudluğu ola bilər.

Alimlər ekzoplanetin radiusunun Yerin radiusundan 0,95 dəfə böyük olduğunu və ana ulduzu EPIC 249631677 Günəşin təxminən beşdə birinin böyüklüyünə sahib olduğunu təxmin edir. K2-315b saniyədə 81 kilometr sürətlə hərəkət edir və tam 3,14 günə ulduzun ətrafında dövr edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.