Maraqlı

“Samsung Galaxy Tab Active 3” planşeti “5G” dəstəkli versiyada buraxılacaq

17 Sentyabr 2020 23:15
Baxış: 1 169
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Wi-Fi Alliance" təşkilatının saytında "Samsung" şirkətinin "Galaxy Tab Active 3" adlı yüksək davamlılığa malik yeni planşet buraxmağa hazırlaşması barədə informasiya dərc olunub.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, qurğunun "SM-T570", "SM-T575" və "SM-T577" kod adlı üç modifikasiyası təqdim ediləcək. Əsas "SM-T570" modeli yalnız "Wi-Fi" simsiz rabitə dəstəyini təklif edəcək. "SM-T575" variantı "4G/LTE" mobil rabitə şəbəkələrində işləyəcək. Böyük versiya - "SM-T577" isə beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyəcək.

Məlumata görə, planşetin bütün modifikasiyaları "Bluetooth 5.0" kontrolleri ilə təchiz ediləcək. Lakin "Wi-Fi 802.11ax" və ya "Wi-Fi 6" texnologiyası ilə uyğunluğun tətbiq edilməyəcəyi gözlənilir. Bu isə o deməkdir ki, yeni qurğu "Wi-Fi 802.11ас" standartının dəstəyi ilə kifayətlənəcək.

Bildirilir ki, qurğulara "One UI 2.x" interfeysli "Android 10" əməliyyat sistemi quraşdırılacaq. Müşahidəçilərin fikrincə, planşetin qiyməti təxminən 500 dollar təşkil edəcək.

Yeni planşet əvvəlki nəsil "Galaxy Tab Active 2" modeli kimi mühafizəli korpusa malik olacaq. İstifadəçilər qurğu ilə xüsusi qələm vasitəsilə işləyə biləcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.