Maraqlı

Samsung dərman istehsalı üzrə dünyanın ən iri zavodunu tikəcək

10 Sentyabr 2020 23:20
Baxış: 1 006
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Texnologiya nəhəngi Samsung dərman istehsalı üzrə dünyanın ən iri zavodunu tikəcək.

Milli.Az ted.az-a istinadən bildirir ki, şirkət zavoda 2 milyard ABŞ dollarına yaxın vəsait yatıracaq.

Super Plant adlanan zavod şirkətin biofarmaseftik bölməsi olan Samsung BioLogics Co-nun dördüncü müəssisəsi olacaq.

Onun sahəsi təxminən 230 min kvadrat metr təşkil edəcək ki, bu da Parisdəki Luvr ölçüsündən bir qədər çoxdur. Tikinti işləri 2022-ci ildə başa çatdırılacaq.

Samsung-un məqsədi dünyada dərman istehsalının həcminin artması tendensiyasını nəzərə alaraq, COVİD-19 pandemiyasının yaratdığı tələbatın artımından istifadə etməkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory