Maraqlı

Yüksək yüklənmə sürəti: SpaceX, Starlink

8 Sentyabr 2020 08:31
Baxış: 759
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yer kürəsinin orbitinə Starlink üçün növbəti 60 ədəd peyki göndərəndən sonra SpaceX şirkəti qapalı şəkildə keçirilmiş beta test mərhələsinin ilkin nəticələrini təqdim edib. Şirkətin verdiyi məlumata əsasən beta test mərhələsində yüklənmə sürəti saniyədə 100 Mbit-ə çatıb və siqnalın ötürülməsində gecikmə o dərəcədə aşağı səviyyədə olub ki, hətta yüksək sürətli internet bağlantısını tələb edən oyunları da rahat oynamaq mümkün olub. Bundan əlavə olaraq SpaceX öz peyklərində uğurla peyklərarası lazer bağlantısını da test edib.

Bu isə perspektiv olaraq Starlink layihəsi çərçivəsində internetin sürətini daha da artırmalıdır. Bu barədə Techcrunch saytı xəbər verib. Hal hazırda Yer kürəsinin orbitində 700 ədəd Starlink peyki mövcuddur. "Bu o deməkdir ki, ən sürətli online oyunları oynamaq üçün bizim siqnal gözləntimizin müddəti aşağı düşüb. Yüklənmə sürəti isə o qədər yüksəkdir ki, eyni anda bir neçə HD formatlı filmi izləmək olar" - deyə layihənin sertifikatlaşdırılması üzrə baş mühəndisi bildirib. Məlumatda bildirilib ki, Starlink layihəsinin bağlı beta test mərhələsi planlaşdırıldığı kimi davam edir və onun irimiqyaslı testinə ilin sonuna kimi start veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.