Maraqlı

Miniatür robot cərrah hazırlanıb

3 Sentyabr 2020 08:11
Baxış: 812
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Harvard Universiteti nəzdində "Wyss" Bioloji Mühəndislik İnstitutunun tədqiqatçıları və "Sony" şirkətinin mühəndisləri cərrahi əməliyyatları yüksək dəqiqliklə aparan tennis topu ölçüsündə mexanizm yaradıblar.
 
Milli.Az ictnews.az-a istinadən bildirir ki, "mini-RCM" adlı yeni cərrahi robot qeyri-adi konstruksiyaya və az çəkiyə malikdir və əksər analoqları ilə müqayisədə daha kompaktdır. Onun yaradılması zamanı materiallar bir-birinə üstün yığıldıqdan sonra uşaq kitablarında oriqami və ya fiqurlara bənzəyən üçölçülü forma yaratmaq üçün lazerlə kəsilir. "3D" strukturunun imitasiyası üçün "mini-RCM" bir neçə istiqamətdə işləyən üç xətli ötürücü vasitəsilə idarə olunur.
 
Testlər zamanı məlum olub ki, "mini-RCM" əllə idarə olunan alətdən 68 faiz dəqiqdir. Robot gözə iynənin daxil edilməsi prosedurunun imitasiyasını uğurla yerinə yetirir. Bu zaman dərman göz almacığının arxa tərəfindəki kiçik venalara çatdırılır. Bu məqsədlə "mini-RCM" tor qişasının venasını (saçdan təxminən iki dəfə qalın) imitasiya edən silikon borucuğu deşərək onu zədələməyib.
 
Belə robotların kommersiya istifadəsinə nə vaxt veriləcəyi barədə məlumat verilməsə də, onlar böyük potensiala malikdirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.