Maraqlı

“Google”un direktoru “TikTok”u almayacaqlarını bildirib

1 Sentyabr 2020 20:45
Baxış: 767
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın "Google" şirkəti "TikTok" sosial şəbəkəsini almaq niyyətində olmadığını elan edib.

Milli.Az techland.az-a istinadən bildirir ki, "Bloomberg" agentliyi bu barədə "Google"un Baş icraçı direktoru Sundar Piçainin açıqlamasına istinadən məlumat yayıb.

Öz növbəsində S. Piçai "TikTok"un "Google" şirkətinin bulud texnologiyasından istifadə etdiyini təsdiqləyib.

Xatırladaq ki, bir müddət öncə ABŞ Prezidenti Donald Tramp sentyabrın 15-dək "Microsoft" və ya digər ABŞ şirkətinə satılmayacağı təqdirdə "TikTok" əlavəsinin Birləşmiş Ştatlarda fəaliyyətini dayandıracağı ilə hədələyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.