Maraqlı

Ağ Ev süni zəka və kvant hesablama mərkəzlərinə 1 milyard dollar sərmayə qoyacaq

29 Avqust 2020 20:45
Baxış: 642
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fevral ayında Trump Hökuməti 2022-ci ilədək müdafiə sənayesində istifadə olunmayan süni zəka və kvant araşdırmalarına 2 milyard dollar sərmayə qoyacağını açıqlamışdı.

Milli.Az techland.az-a istinadən bildirir ki, Ağ Ev süni zəka və kvant kompüter mərkəzlərinə 1 milyard dollar sərmayə qoyacağını açıqlayıb. Ağ Ev "Süni Zəkada Amerika liderliyini qorumaq" başlıqlı fərmanla süni zəka və kvant hesablama sahəsindəki istehsallara dəstək verməyə qərar verdiyini açıqlayıb, lakin fərmanda qrant və fondlarla əlaqədar hər hansı bir detal olmadığı bildirilib.

ABŞ-da texnoloji yönümlü yenidənqurma

investisiyadan əlavə ABŞ-da Milli Elm Fondunun nəzdində 5 süni zəka tədqiqat institutu yaradılacaq. Hər qurum 20 milyon dollarlıq investisiya alacaq.

Süni Zəka Mərkəzləri Colorado Universiteti, Texas Universiteti, Oklahoma Universiteti, MIT, UC Davis akademik tədqiqat qrupları və İllinoys Universitetindəki iki fərqli komanda ilə əməkdaşlıq edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.