Maraqlı

Instagram bizə nələr hazırlayır?

29 Avqust 2020 20:15
Baxış: 785
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Instagram sosial şəbəkəsi durmadan özünü təkmilləşdirməyə davam edir. Developer komandası ilə əlaqəsi olan müxtəlif blogerlər üçün bu yenilikləri test etmək əlçatan olur.

Milli.Az techland.az-a istinadən bildirir ki, onlar isə öz zamanında bu məlumatları sızdırmağa çalışırlar. Araşdırmamız nəticəsində biz maraqlı yeniliklərin üzərində iş getdiyini aşkar etmişik.

● Instagram gizlilik ayarlarında "Guide"(Bələdçi) funksiyası üzərində çalışır. Bu funksiya vasitəsi ilə siz istifadəçilərə hesab adınızın qeyd olunması ilə paylaşımlarınızı tövsiyyə olaraq göstərilməsinə imkan yarada biləcəksiniz. Bunun sayəsində xidmət və məhsullarınızı, paylaşımlarda göstərdiyiniz bacarıqlarınızı daha geniş kütləyə çatdıra biləcəksiniz

● Instagram insights (Instagram səhifəsi haqqında göstəricilər, hesabat) dizaynını yeniləmişdir.

● "Yenisini yarat" düyməsi. Bu düymə vasitəsi ilə istifadəçilər profilinin yuxarı sol küncündə yerləşən "+" işarəsinə klik edərək xüsusi açılmış alt menyuda 5 ədəd seçimlə qarşılaşacaqlar:

1) Xəbər lentində paylaşım 

2) Story paylaşımı

3) Story highlight paylaşımı

4) IGTV

5) Reels

Müvafiq olaraq bunlardan birini seçərək, o seçim üzərindən paylaşım etmək mümkün olacaq.

● "Yenisini yarat" düyməsində "Bələdçi yarat" menyusu yaradılır. Burada siz tövsiyə edəcəyiniz məkanlar, məhsullar və paylaşımları əlavə edə biləcəksiniz.

● Stories kamerasında "tor" funksiyası. Bu funksiya vasitəsi ilə siz stories paylaşımlarını edərkən xüsusi tor funksiyasını aktivləşdirərək kadrınızı hissələrə ayıra bilərsiniz.

● Pin edilmiş Highlights(Önə çəkilən Highlights) funksiyası. Paylaşdığınız Highlightsları bu funksiya köməyi ilə önə çəkə və diqqətdə saxlaya bilərsiniz.

● Yeni yaranmış "Reel" bölməsində paylaşılan videoları kateqoriya üzrə maraq dairənizə uyğun seçmək imkanı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.