Maraqlı

ABŞ dronlara qarşı radarları sınaqdan keçirəcək

27 Avqust 2020 21:01
Baxış: 651
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dronların geniş yayılmasını nəzərə alsaq, olduqca vacib təşəbbüsdür.

ABŞ dronların vurduğu zərərləri azaltmaq üçün anti-dron radarları sınaqdan keçirəcək.

Milli.Az ted.az-a istinadən bildirir ki, sınaq hava limanları yaxınlığında aparılacaq.

Yeni dərc edilmiş məlumatlara əsasən, Federal Aviasiya Administrasiyası hava limanları üçün pilotsuz uçuş aparatlarının aşkarlanması sistemlərinin öyrənilməsi və təhlilini həyata keçirəcək. Hələki 10 ədəd anti-dron texnologiya və sistemin sınanması mümkün olacaq, lakin gələcəkdə onların sayı arta bilər. Sınaq müddətinin başlaması 2021-ci ilə planlaşdırılır.

"Havadakı PUA sayının artması davam etdikdə, əks-İHA texnologiyalarının mövcudluğunun artdığı təəccüb doğurmamalıdır. Bu sistemləri sınamalı və hava limanlarında, digər strateji yerlərdə istifadəyə başlamalıyıq", - deyə Federal Aviasiya Administrasiyasından bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.