Maraqlı

“BlackBerry” geri qayıdır

22 Avqust 2020 08:31
Baxış: 715
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu ilin əvvəlində Çinin "TCL" şirkəti "BlackBerry" smartfonlarının buraxılışının dayandırılmasını elan etmişdi ki, bunu da populyar brendin sonu hesab etmək olardı. Ancaq qəfildən yeni "BlackBerry" smartfonunun anonsu verilib.
 
Milli.Az ictnews.az-a istinadən bildirir ki, "BlackBerry" smartfonlarının buraxılışı ilə yeni təsis edilmiş "OnwardMobility" şirkəti məşğul olacaq. Bu haqda şirkətin "YouTube" kanalında məlumat verilib. Təxminən 1 il fəaliyyət göstərən şirkətin əməkdaşları mobil və korporativ sənayenin qocamanlarından ibarətdir. Şirkətin saytında yazılıb ki, məqsəd ən təhlükəsiz mobil qurğular təklif etməkdir. Amma qeyd etmək lazımdır ki, cihazların bilavasitə hazırlanması və istehsalı ilə "Foxconn" şirkətinin törəməsi olan "FIH Mobile Limited" məşğul olacaq.
 
Elana görə 2021-ci ildə "Android" sisteminin idarəetməsi altında işləyən "BlackBerry" smartfonu təqdim ediləcək. O, "QWERTY" klaviatura və "5G" beşinci nəsil şəbəkəsi ilə təchiz ediləcək. Qurğu istifadəçilərə korporativ və dövlət səviyyəsində təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulmuş xüsusi proqram təminatı ilə tədarük ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.