Facebook daha bir yeniliyi ilə qarşımızdadır. Sosial media mütəxəsisslərinin işinin asanlaşdırılmasını düşünərək, Facebook komandası yenilik təqdim etmişdir.
Milli.Az techland.az-a istinadən bildirir ki, artıq istifadəçilər admini olduğu səhifələrin mesaj qutusuna baxmaq üçün ayrı Facebook tətbiqindən istifadə etməli və ya əsas tətbiqin daxilindən ayrıca olaraq hər bir səhifənin mesaj qutusuna baxmalı olmayacaqlar. İndi Messenger üzərindən bir kliklə siz idarə etdiyiniz səhifələrin adını seçərək, onların mesaj qutusuna baxa bilərsiniz və oradan səhifənizə yazan istifadəçilərin mesajlarını cavablaya bilərsiniz.
Milli.Az