Maraqlı

Alphabet-in CEO-su haqqında 8 maraqlı fakt və sitatları - FOTO

23 Avqust 2020 22:40
Baxış: 867
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Alphabet-in (Google-un ana şirkəti) CEO-su Sundar Pichai haqqında 8 maraqlı faktı bir araya gətirdik.

- Sundar Pichai 1972-ci il iyunun 10-da Hindistanın Madurai, Tamil Nadu bölgəsində anadan olub.

 

- Milli.Az facemark.az-a istinadən bildirir ki, erkən yaşlarda texnologiya və rəqəmlərlə çox maraqlanıb, xüsusilə telefon nömrələri ilə.

- Universiteti bitirdikdən sonra Stanford Universitetində təqaüdlə təhsil almaq şansı qazanıb.

- İlk dəfə Google Toolbar-da işləməyə başlayıb və daha sonra birbaşa Google axtarış sisteminin inkişafı üçün çalışıb.

- 2008-ci ildə məhsul inkişafı departamentinin vitse-prezidenti olub.

- 2015-ci ildə öncə Google-un və 2019-cu ildən də Alphabet-in CEO-su olur.

- Hər səhər 7-də durur və mütləq The Wall Street Journal və The New York Times oxuyur.

- Hər səhər mütləq çay içir.

Sitat - Milyardlarla insanın istifadə edəcəyi həllər üzərində işləyirik.

Sitat - Lider olaraq yalnız özünün deyil, başqalarının uğurlarına da fokuslanmalısan.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.