Maraqlı

“OnePlus 8 Pro” ilin ən yaxşı smartfonu seçilib

18 Avqust 2020 08:25
Baxış: 1 112
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa Audio və Videotexnika Jurnallar Assosiasiyası (EISA) müxtəlif istehlak nominasiyalarında ən yaxşı qurğu üçün illik müsabiqənin qaliblərini elan edib. İlin ən yaxşı smartfonu "OnePlus 8 Pro" seçilib. Sonrakı yerləri isə ötən il olduğu kimi, digər Çin istehsalçılarının qurğuları tutub.

Milli.Az techland.az-a istinadən bildirir ki, "OnePlus 8 Pro" modelinə ən yaxşı smartfon mükafatını təqdim edən münsiflər heyəti onun yüksək sinifli qurğular üçün səviyyəni artırmasını və özündə əla dizaynlı qabaqcıl aparat texnologiyalarını birləşdirməsini qeyd edib. Bundan başqa, modelin əsas kamerasının keyfiyyətli işi vurğulanıb.

"Ən yaxşı dizayna malik smartfon" kateqoriyasında ekodəri bəzəyi ilə təchiz edilən "OPPO Find X2 Pro" seçilib. Ekspertlərin sözlərinə görə, qurğunun korpusuna qeyri-adi toxunulmaqla hiss edilən toxunuşlar əvəzolunmaz gündəlik istifadə rahatlığını təmin edir.

Assosiasiyanın versiyasına görə, ən yaxşı kamera ilə təchiz edilən smartfon qabaqcıl "Huawei P40 Pro" modeli olub. Qurğu bu nominasiyada mükafata sensorların "Leica" obyektivləri ilə kombinasiyası sayəsində layiq görülüb. Münsiflər heyətinin fikrincə, bu tandem fotoşəkillərdə səs-küy və artefaktların yaranmasını aradan qaldırıb.

"Ən yaxşı qatlanan smartfon" nominasiyasında "Samsung Galaxy Z Flip" qalib olub, multimediaya baxmaq üçün ən yaxşı qurğu isə 6,5 düymlük "Sony Xperia 1 II" elan edilib. "Ağıllı" saatlar kateqoriyasında dizayn, rahat fiziki idarəetmə elementləri və geniş funksionallığa görə "Huawei Watch GT 2" seçilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.