Maraqlı

Wi-fi əvəzinə Li-fi istifadə edən telefon istehsal olunacaq

15 Avqust 2020 20:20
Baxış: 1 103
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Üzərində araşdırmaların illərdir davam etdiyi, Wi-fi texnologiyasını əvəzləyəcəyi gözlənilən Li-fi yaxın vaxtlarda istifadəyə veriləcək.

Milli.Az ted.az-a istinadən bildirir ki, LetsGoDigital-ın yayımladığı hesabata görə, OPPO şirkəti Wi-fi əvəzinə Li-fi texnologiyasını dəstəkləyən smartfon üzərində çalışır. Artıq sözügedən layihə üçün patent alınıb.

Yeni modelin dar çərçivəyə sahib, tam ekrandan ibarət smartfon olacağı, Li-Fi texnologiyasının isə cihazın arxasına bərkidiləcəyi gözlənilir. Bu sensorun arxa kameranın yanında və ya yuxarısında olacağı təxmin edilir.

Hazırda işlərin hansı aşamada olduğu, cihazın nə zaman təqdim olunacağı barədə isə rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, PureLiFi şirkəti ötən il keçirilən Dünya mobil konqresində bu texnologiyanın 2020-ci ildə istifadəyə veriləcəyini söyləmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.