Maraqlı

Tesla şirkəti yeni elektromobilin yaradılmasına hazırlaşır

15 Avqust 2020 08:25
Baxış: 1 451
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə müddət bundan öncə Tesla-nın CEO-su Elon Musk bildirmişdi ki, şirkət 2 yeni elektromobil yaratmağı planlaşdırır. Yeni məlumat sızıntısına əsasən isə şirkət artıq həmin elektromobillərin üzərlərindəki işlərə başlayıb. Bu barədə Gagadget saytı xəbər verib. Tesla-nın Çin şöbəsi Weibo sosial şəbəkəsində bir sıra yeni vakansiyaları paylaşıb. Onların arasında dizayner üzrə menecer, kreativ menecer, baş avtomobil dizayneri, CMF (Content Manager Framework) menecer, CMF üzrə mütəxəssis, dizayn keyfiyyəti üzrə mütəxəssis, kontent menecer, videoqraf və s. kimi vakansiyalar var.

Bütün bu vakansiyalarda çalışacaq şəxslər Çində qlobal bazar üçün yeni Tesla elektromobilinin yaradılmasında iştirak edəcəklər. Qeyd etmək lazımdır ki, Çində olan Tesla zavodları yalnız lokal bazar üçün elektromobil istehsalı ilə məşğul olurlar. Tesla-nın yeni elektromobilləri barəsində heç bir məlumat yoxdur. Məlum olan odur ki, həmin modellərdən biri kompakt ölçüyə sahib olacaq və o, 2023-cü ildən tez təqdim olunmayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.