Maraqlı

Huawei Mate 40-ın texniki özəllikləri sızdırılıb

13 Avqust 2020 08:31
Baxış: 794
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Huawei Mate 40 seriyasının təqdimatının yaxınlaşması ilə internetdə onun barəsində daha çox məlumat ortaya çıxmağa davam edir. Bir neçə müddət bundan öncə smartfonun keyfiyyətli render fotoları təqdim olunmuşdu. İndi isə adi Mate 40 modelinin texniki özəllikləri barəsində məlumat verilib. Bu barədə Gizchina saytı xəbər verib. Beləliklə verilmiş məlumata əsasən Mate 40 modeli Kirin 900 prosessoruna sahib olacaq.

Daha əvvəl güman olunurdu ki, bu prosessor Kirin 1000 adını əldə edəcək. Bununla yanaşı smartfon 8/12 GB RAM və 128/256/512 GB daxili yaddaş həcmi ilə təchiz olunmalıdır. İnsayderlər Mate 40-ın sahib olacağı kameraların göstəriciləri barəsində məlumat verməyiblər. Onlar yalnız qeyd ediblər ki, Mate 40 modeli üçlü arxa kameraya və ikili ön kameraya sahib olacaq. Mate 40 Pro modeli ilə dördlü arxa kamera ilə təchiz olunmalıdır.

Qeyd etmək lazımdır ki, bir neçə gün bundan öncə Huawei rəsmi olaraq bildirmişdi ki, o, Kirin prosessorlarının istehsalatını dayandıracaq. Bütün məsələ ABŞ sanksiyalarındadır. Beləliklə Mate 40 smartfon seriyası Kirin prosessoru ilə təchiz olunacaq son smartfon seriyası ola bilər. Bu halda şirkətin smartfonlarının MediaTek prosessorlarına keçid edəcəkləri güman olunur. Mate 40 seriyasının gələn ay təqdim olunacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.