Maraqlı

DualShock 4-ün Arxa Açar Aksesuarı Dual Sense-də istifadə edilməyəcək

6 Avqust 2020 20:55
Baxış: 640
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sony Dual Sense veb saytını yeniləyib. Yenilənmə DualSense-in 360 dərəcədə görünməsinə imkan yaradır. Bu görüntüyə baxdığımız zaman DualShock 4 üçün nəzərdə tutulan arxa açar aksessuardan Dual Sense-də istifadə edilə bilməyəcəyi görünür.

Milli.Az ted.az-a istinadən bildirir ki, DualShock 4 üçün hazırlanan aksesuar oyunçulara əhəmiyyətli üstünlüklər qazandırdı. Çünki oyunçular bu aksesuarla 16 fərqli tapşırıq təyin edə bilərdi. Əslində DualShock 4-in bu aksesuarı PC oyunlarında istifadə etdiyimiz makro parametrləri xüsusiyyətini PlayStation 4-ə gətirdi. Deyəsən DualSense-də bu tip aksesuar olmayacaq.

DualShock 4 üçün hazırlanmış aksesuar çox yaxınlarda təqdim edilmişdi. Oyunçular bu aksessuarı PlayStation 5-də də istifadə edilə biləcəyini düşünürdülər. DualSense veb saytındakı məlumatlarda da belə bir aksesuar yoxdur. Bundan əlavə, DualSense-in arxa dizaynı bu aksesuara çox uyğun görünmür. Görək Sony yaxın günlərdə bu mövzuda rəsmi bir açıqlama verəcəkmi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.