Maraqlı

Koronavirusun 99,9%-ni məhv edən maska istehsal olunub

4 Avqust 2020 07:41
Baxış: 1 033
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniyalı alimlər koronavirusa yoluxmanın qarşısını almaq üçün ucuz və sərfəli bir vasitə aşkar ediblər. Onlar idmançılar üçün qoxu əleyhinə vasitə və COVID-19-un virus təbiəti arasında müqayisə aparıblar.

Milli.Az ted.az-a istinadən bildirir ki, cüzi miqdarda misdən istifadə etməklə virusa qalib gəlməyin mümkün olduğu məlum olub.

Britaniyanın "Copper Clothing" startapı xoşagəlməz qoxu əleyhinə daxili qoruma sisteminə malik parça və hazır geyimlər, idman uniforması və s. istehsalı ilə məşğul olur.

Daxili qoruma sistemində mikroorqanizmlərin inkişafına mane olan misin antibakterial xüsusiyyətlərindən istifadə edilir.

Mis ionları hopdurulmuş geyim mikrobları məhv edir və qoxunu təmizləyir.

Təcrübələr göstərib ki, mis ionları hopdurulmuş yeni parça onun üzərinə düşən bütün mikroorqanizmlərin 99,9%-ni məhv edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.