Maraqlı

Feysbuk Avropa İttifaqının Antiinhisar orqanlarını məhkəməyə verib

30 İyul 2020 22:20
Baxış: 639
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Feysbuk korporasiyası Brüsseli öz əməkdaşlarının şəxsi məlumatlarına qəsd etməkdə günahlandırır.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə Fesbukun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Feysbuk korporasiyası antiinhisarlar orqanlarını məhkəməyə verib.

2019-cu ildən Avropa İttifaqı korporasiyaya qarşı bir sıra araşdırmalara başlayıb.

Şirkət ötən dövrdə Brüsselin tələbi ilə Avropa Komissiyasına (AK) 315 min sənəd təqdim edib ki, bunun da 1,7 milyon səhifəsi var.

"Avropa Komissiyasının sorğuları son dərəcə geniş xarakterlidir. Bu o deməkdir ki, Komissiyanın araşdırılmasına heç bir aidiyyəti olmayan əhəmiyyətsiz sənədləri də təqdim etməli olacağıq. Onlar xüsusilə əməkdaşların tibbi sənədlərini, özəl maliyyə sənədlərini və ailə üzvləri haqqında şəxsi məlumatları toplayırlar", - deyə Feysbukun rəqabət məsələləri üzrə baş hüquq müşavirəsinin müavini Tim Lamb bildirib.

"Hesab edirik ki, bu cür sorğular Aİ məhkəmələri tərəfindən nəzərdən keçirilməlidir", - deyə o əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.