Maraqlı

Apple cihazları üzdəki damarları skan edəcək

26 İyul 2020 22:25
Baxış: 809
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Apple şirkəti Face ID texnologiyasının işini təkmilləşdirəcək yeni patent alıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, patentli sistem vasitəsilə Apple cihazları üzdəki damarların skanını təmin edə biləcəklər.

Patent hətta ekizləri də tanıya bilən texnologiyanı ehtiva edir. Sistem istifadəçinin dərisinin altındakı damarlara əsaslanacaq. Belə bioloji parametr üz cizgilərinə nisbətən daha unikaldır.

Apple sistemi kamerada infraqırmızı sensoru vasitəsilə əldə edilmiş subdermal təsvirin xüsusi metodundan istifadə edir. Bunun sayəsində proqram istifadəçinin damarlarının 3D xəritəsini yarada bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.