Maraqlı

Parolların yarıdan çoxu yenidən istifadə olunur

26 İyul 2020 16:25
Baxış: 742
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Lenovo şirkətinin tərkibində olan FİDO Alliance təşkilatının, yeni standartların hazırlanması və inkişafı üzrə hazırladığı hesabata görə, adi istifadəçi 90-a yaxın onlayn hesaba malikdir və bu zaman parolların yarıdan çoxu təkrar istifadə olunur. Bu yanaşma, profillərin təhlükəsizlik və gizlilik səviyyəsini azaldır.

Milli.Az ted.az-a istinadən bildirir ki, statistikaya görə, veb-saytların 46%-i zəif müdafiə sisteminə malikdir. Hakerlər bu cür saytlardan parol oğurlaya və başqa saytda istifadə etməyə cəhd edə bilərlər.

Rəqəmsal təhlükəsizlik pozuntularına məruz qalan biznes sistemlərinin üçdə iki hissəsi bir neçə ay ərzində bu barədə heç bilmirlər.

"Şəxsi və korporativ informasiyanın istənilən vaxt açıqlanmasının, itirilməsinin və ya oğurlanmasının mümkünlüyünə öyrəşməyə dəyərmi? Proqram parametrləri məlumatların məxfiliyini idarə etməyə kömək edir, lakin onlar  da qorunmağa ehtiyac duyurlar. Məlumatların məxfiliyi və onların təhlükəsizliyi bir pazlın ayrılmaz elementləri kimi birlikdə "işləyir". İnformasiya təhlükəsizliyinin lazımi səviyyəsini təmin edən beynəlxalq şirkətin bir hissəsi olmaqdan məmnunam. ThinkShield-ın unikal həlli sayəsində İT məlumatlar nadir hallarda hücuma məruz qalır. Rəqəmsal savadlılıq, xüsusi avadanlıq və proqram təminatı - hər kəsi kiberhücumlardan qoruyan kompleksdir", - deyə Lenovo-nun Ukraynadakı baş direktoru Taras Camalov şərh edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory