Maraqlı

Alimlər ilk dəfə koronavirusu neytrallaşdıran anticisimlər əldə ediblər

21 İyul 2020 21:20
Baxış: 1 109
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Elmlər Akademiyası (REA) Sibir Bölməsinin Novosibirsk Molekulyar və Hüceyrə Biologiyası İnstitutunun İmmunogenetika laboratoriyasının əməkdaşları ilk dəfə koronavirusu neytrallaşdıran anticisimlər əldə ediblər.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə REA Sibir Bölməsinin yeni növ koronavirus infeksiyası ilə mübarizə üzrə İşçi qrupunun məsul katibi Olqa Doroxova məlumat verib.

"COVID-19-a qarşı anticisimlərin alınması üçün xəstəliyi keçirmiş donorlardan qan nümunələri götürülüb və tək B-limfositlərin çeşidləməsi üzrə unikal texnologiya istifadə edilib. Alınmış anticisimlər virusun və ACE2 hüceyrə reseptorunun qarşılıqlı təsirini bloklamaq və virusun hüceyrəyə nüfuz etməsinin qarşısını almaq imkanına malikdir", - deyə, O.Doroxova bildirib.

Gələcək tədqiqat istiqamətləri COVID-19-un spesifik terapiyası və profilaktikası vasitələrinin yaradılmasını nəzərdə tutur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.