Maraqlı

Böcəklər üçün miniatür daşınan kamera hazırlanıb

21 İyul 2020 07:31
Baxış: 1 027
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vaşinqton Universitetinin mühəndislər qrupu xüsusi həşəratabənzər robotlara və ya həşəratlara, o cümlədən böcəklərə quraşdırılan miniatür simsiz kamera yaradıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, hərəkət edən kamera bloku, iki plata, akselerometr və "Bluetooth" qəbuledici-ötürücüsünün daxil olduğu sistemin ümumi kütləsi 248 milliqram, eksperimentlərdə istifadə olunan akkumulyatorun çəkisi isə 450 milliqram təşkil edir. Kameranın bərkidildiyi piezoelektrik aktuator obyektivi bütün tərəflərə 30 dərəcə əyməyə imkan verir.

Layihə üzərində iş zamanı tədqiqatçılar kameranı sonradan laboratoriyaya buraxılan qara uzunbığa (böcək növü) quraşdırıblar. Kamera hərəkətə reaksiya verərək ağ-qara kadrları saniyədə beş kadr tezliyində olmaqla 160*120 piksel təsvir ölçüsündə çəkib. Kamera görüntüləri 120 metr məsafədən smartfona translyasiya olunub, kameranın avtonom iş vaxtı isə 2-6 saat təşkil edib. Bundan başqa, mühəndislər tərəfindən 2,8 qram ağırlığında üçayaqlı robot yaradılaraq ona miniatür kamera quraşdırılıb. Bu sınaqlar da uğurla başa çatıb.

Kamera yaradıcıları ümid edirlər ki, texnologiya həm biologiyada, həm də ətraf mühitin monitorinqi sahəsində tətbiq ediləcək. Mühəndislərin fikrincə, perspektivdə təkmilləşdirilmiş kameralar daha az enerji sərf edəcək və enerjinin toplanılması üçün nisbətən ağır akkumulyator əvəzinə, günəş batareyalarından istifadə olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.