Maraqlı

“iPhone 12” haqqında təfərrüatlar bəlli olub

18 İyul 2020 08:46
Baxış: 1 134
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"iPhone 12" istehsal xəttinə məxsus smartfonlar ən azı 4 QB əməli yaddaşla təchiz ediləcək. Bu barədə insayder və bazar analitiklərinə istinadən "MacRumors" nəşri yazıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "L0vetodream" ləqəbli insayder "Twitter"də yazıb ki, sözügedən seriyanın standart aparatları 4 QB-lıq əməli yaddaş, "Pro" və "Pro Max" kimi bahalı modellər isə 6 QB-lıq əməli yaddaşla təchiz ediləcək. Nəşr dəqiqləşdirir ki, "L0vetodream" ləqəbli insayder apreldə təqdim edilmiş "iPhone SE" aparatının təfərrüatlarını da dəqiq qeyd etmiş mənbələrdən biri olub.

Jurnalistlər deyiblər ki, "Barclays" və "UBS"in analitikləri, həmçinin hesab edirlər ki, yeni modellər böyük tutumlu əməli yaddaşa malik olacaqlar. "Apple" şirkəti tərəfindən ümumilikdə 4 smartfonun təqdim ediləcəyi gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.