Maraqlı

Smartfonlar üçün dinamik tezlikli ekranların kütləvi istehsalına başlanılıb

11 İyul 2020 08:59
Baxış: 1 673
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"TCL" şirkətinin "CSOT" (China Star Optoelectronics Technology və ya Huaxing Optoelectronics) bölməsi smartfonlar üçün müxtəlif senarilərdə 30, 60 və 120 QHs tezlikləri arasında dinamik şəkildə keçən displeylər yaradıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, artıq yeni displey panellərinin kütləvi istehsalına başlanılıb, belə ekranlarla təchiz edilən ilk smartfonların isə yaxın vaxtlarda buraxılacağı gözlənilir. "China Star Optoelectronics"in bəyanatına görə, displey istifadəçi mətn oxuyan və ya fotoşəkillərə baxan zaman 30 QHs yeniləmə tezliyindən istifadə edir ki, bu da 60 QHs ilə müqayisədə akkumulyatorun enerjisinə 18 faiz qənaət etməyə imkan verir.

Bununla yanaşı, 90 və 120 QHs rejimləri film və videoçarxlara baxılan zaman dəstəklənən oyunlarda işə düşür. Həmçinin sensor qatının sorğu tezliyi 240 QHs təşkil edir.

Məlumata görə, displeyin diaqonalı 6,53 düym, təsvir ölçüsü 2340 x 1090 piksel, maksimal parlaqlığı 500 kandel/kvadratmetrə bərabərdir. O, "NTSC" rəng məkanının 84 faizini əhatə edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.