Maraqlı

Mercedes-AMG GT R Black Series-in qiyməti açıqlandı

9 İyul 2020 20:10
Baxış: 730
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mercedes-Benz-in Mercedes-AMG-nin GT R Black Series üzərində işlədiyini uzun müddətdir eşidirik.

Milli.Az ted.az-a istinadən bildirir ki, AMG GT-nin daha güclü, xüsusi versiyası olması gözlənilən avtomobil bu yaxınlarda Nürburgring yolunda sınaqdan keçirilərkən nümayiş olunub. İndisə sektora yaxın mənbələr avtomobilin necə işləməsi və qiyməti ilə bağlı əhəmiyyətli iddialar irəli sürüblər.

İkiqat turbolu V8 mühərrikin üzərində qurulan bu yeni model 721 at gücünə və 627 funt fırlanma anına sahib olacaq. Bu iddialar doğrudursa, yeni avtomobil seriyanın ən yaxşısı olan AMG GT R-dən 143 at gücündən daha çox güc istehsal edəcək.

Avtomobilin 250 min avrodan başlayan qiymətlə satışa çıxarılacağı gözlənilir.

Qeyd edək ki, Mercedes-AMG GT-nin daha güclü və eksklüziv versiyası GT R Black Series-in 2020-ci ilin sonuna qədər satışda olacağı ehtimallar arasındadır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.