Maraqlı

“Hər koronavirus xəstəsinə təyin etmək doğru deyil”- Məşhur pulmonoloq DEKSAMETAZON barədə

7 İyul 2020 20:50
Baxış: 2 342
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dexamethasone adlı dərman barədə ÜST məlumat verən kimi, Azərbaycanda əhali bu preparata az qala hücum etdi. Testi pozitiv çıxan, çıxmayan, temperaturu 37-ni keçən dərhal deksametazon vurur.

Milli.Az medicina.az-a istinadən bildirir ki, hazırda İspaniyada olan pulmonoloq Əlizamin Sadiqov deksametazonun kimlərə təyin edilə biləcəyini açıqlayıb:

" Elə bütün COVID-li xəstələrə deksametazon tətbiq edilmir. Xəstəliyin başlanğıcında, simptomsuz dövründə bu doğru addım deyil.

Deksametazon yalnız xəstəliyin 8-ci günündən sonra, ağciyər zədələnməsi, təngnəfəslik, yəni tənəffüs çatışmazlığı və hipoksiya, xəstədə oksigen azlığı olarsa tətbiq olunur. Harda ki, Sitoken fırtınası. Sepsis, orqan iflası gözlənilir.

Deksametazon çox az dozada sutkada 6 mq təyin edilir. O, yalnız reanimasiya və intensiv terapiya şöbələrində yatan və ağciyərləri kəskin zədələnməyə doğru gedən xəstələrə verilə bilər. Hər koronavirusa yoluxana Deksametazon göstəriş deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.