Maraqlı

“MediaTek” prosessoru qabaqcıl televizorlarda istifadə ediləcək

7 İyul 2020 08:21
Baxış: 655
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"MediaTek" şirkəti "ağıllı" televizorlarda istifadə üçün nəzərdə tutulan yeni prosessor nümayiş etdirib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "MediaTek S900" adlı çipin tərkibinə 1,4 QHs takt tezliyində işləyən dörd "Cortex-A73" nüvəsinə malik mərkəzi prosessor, "Mali-G52" qrafik sürətləndiricisi və süni intellektin emalı üçün neyroşəbəkə daxildir. Prosessor videonu "8K" təsvir ölçüsündə 60 QHs tezliyində, "4K" formatında isə 120 QHs tezliyində göstərir. Həmçinin müxtəlif standartlar, o cümlədən "HDR10/10 plus", "Dolby Vision" və "HLG" dəstəklənir.

Süni intellekt texnologiyaları vasitəsilə prosessor keyfiyyətin artırılması məqsədilə nümayiş olunan səhnələri tanıya bilir. O, rəng dolğunluğu, parlaqlıq, kəskinlik və səs-küyü tənzimləyir, eləcə də dinamik hərəkət kompensasiyasını yerinə yetirir.

"MediaTek S900" çipi 48 Qbit/saniyə buraxılış qabiliyyətinə malik "HDMI 2.1a" interfeysini, həmçinin "HDMI VRR" standartını dəstəkləyir. Bundan başqa, məlumatların simsiz qoşulma vasitəsilə sürətli ötürülməsi üçün "Wi-Fi 6" standartı ilə uyğunluq nəzərdə tutulub.

Yeni prosessorun "Samsung" şirkətinin "8K" təsvir ölçülü "QLED" televizorlarında istifadəsi planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.