Maraqlı

Chrome brauzeri 6 il sonra x64 bit arxitekturaya keçir

7 İyul 2020 08:46
Baxış: 737
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Google şirkəti Android 5.0 (Lollipop) əməliyyat sistemi ilə birliktə 2014-dən etibarən x64 bit arxitekturanı dəstəkləməyə başlamışdı. Bu illər ərzində bir çox tətbiq x32 bitlik arxitekturanı tərk edərək x64 bitlik arxitekturaya keçmişdi. Lakin Google Chrome brauzeri istisna oldu. İllərdir 32 bit arxitektura istifadə edən Chrome brauzeri bu səbəblə android smartfonlarda tam performansda işləyə bilmirdi.

x64 bitlik Chrome brauzeri indilik sadəcə Android 10-u dəstəkləyəcək.

Google rəsmilərinin dediklərinə görə 32 bit olmasının ən mənfi cəhəti təhlükəsizlik problemlərinin olması və tam performansda işləməməsi imiş. Chrome v85 ilə x64 arxitekturaya keçid ediləcək. Bilinən bir digər məlumat isə 2021-ci il Avqust 1-inə qədər bütün smartfonlar üçün Chrome brauzeri x64 arxitektura dəstəyini gətirməlidir. Qeyd edək ki, x64 bit dəstəkli Chrome v85 yaxın günlərdə istifadəyə veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.