Maraqlı

Xiaomi göz yorğunluğunu azaltmaq üçün MIUI 12-ə yeni funksiya əlavə edəcək

7 İyul 2020 08:55
Baxış: 1 309
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xiaomi şirkəti bu il ənənələri pozaraq yeni MIUI yenilənməsi olan MIUI 12-ni payız aylarında yayımlamaq əvəzinə daha tez paylaşmağı seçdi. Qeyd edək ki, hal-hazırda MIUI 12 yenilənməsi Mi 10 və Mi 9 smartfon seriyası üçün Qlobal Stabil versiya olaraq yayımlanıb. Tərtibatçıların MIUI 12 interfeysi üzərində apardığı tərsinə mühəndislik prosesləri hesabına şirkətin yeni bir funksiya üzərində işləyidi aşkarlanıb.

Yeni funksiya ilə Xiaomi şirkəti MIUI 12 istifadə edən istifadəçilərin göz yorğunluğunu maksimum dərəcə azaltmağı planlayır.

Funksiyanı aşkarlayan mühəndislərin dediklərinə görə yeni funksiya Gecə Rejimindən daha fərqli işləyir. Bu funksiya aktivləşdirildiyi zaman smartfonun interfeysinə kağız rənginə bənzər bir filter əlavə olunur. Həmçinin bundan başqa 3 ədəd seçim də istifadəçilərə veriləcək: Bunlar tam rənglər, açıq rənglər və ağ/qara seçimi olacaq.    

Tam rənglər seçimində funksiya kağız rəngli filteri əlavə etdikdən sonra interfeysdəki rənglərdə heç bir dəyişiklik etməyəcək. Açıq rənglər seçimində isə filter əlavə olunandan sonra rənglər biraz daha solğunlaşdırılacaq. Ağ/Qara seçimində isə bütün rənglər sadəcə ağ və qaradan ibarət olacaq. Qeyd edək ki, bu funksiyanın nə vaxt istifadəyə veriləcəyi hələki bilinmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.