Maraqlı

Kinoteatrı evinizə gətirin: Cinera Edge

7 İyul 2020 21:45
Baxış: 680
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirusdan dolayı kinoteatrlar bağlı olduğundan filmsevərlərin bir qədər kefi pozulub. Amma artıq kinoteatrı evinizə gətirmək çətin olmayacaq.

Milli.Az ted.az-a istinadən bildirir ki, geyiləbilən texnologiya, virtual reallıq gözlüyü Cinera Edge 2560×1440 piksel aydınlıqlı iki OLED ekranla filmdən aldığınız həzzi qat-qat artıracaq.

İki ekran sayəsində yüksək kontrast və rəng keyfiyyəti təqdim edən model 66 dərəcəlik üfiqi baxış bucağına sahibdir.

IMAX-in 70 dərəcəlik baxış bucağına çox yaxınlaşan və 5K görüntüyə malik Cinera Edge əlavə səs sistemi, yaxud qulaqlığa da ehtiyac duymur. Çünki özündə qulaqlıq sistemi yer alır. 5,1 surround səs verə bilən Cinera Edge Android əməliyyat sistemilə çalışır. 16GB-lıq yaddaşa sahib cihazın Pro versiyasının yaddaşı isə 32GB-dır.

HDMI 2.0 girişinə sahib Pro versiya oyun konsolları, yaxud kompüterlər üçün monitor rolunu da oynaya bilir.

Cihaz 20 metrdən 1200 düym ekran izləyirmiş hissini verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.