Maraqlı

“Google” şirkəti “ağıllı” “North” eynəyinin istehsalçısını satın alıb

4 İyul 2020 07:31
Baxış: 601
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Google" şirkəti Kanadanın "ağıllı" "North" eynəyini istehsalçısını satın alıb. Bu haqda rəsmi bloqda şirkətin qurğular və xidmətlər üzrə böyük vitse-prezidenti Rik Osterlo yazıb. Razılaşmanın qiyməti açıqlanmayıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "North" 2012-ci ildə təsis edilib. 2019-cu ildə şirkət əlavə edilmiş reallıq texnologiyalarını dəstəkləyən və üzüyün köməyi ilə idarə olunan "Focals" adlı "ağıllı" eynəyini təqdim edib. Bu eynək smartfondakı mesajları və bildirişləri oxumağa, piyada marşrutları tərtib etməyə, "ağıllı" evi idarə etməyə imkan verir.

"North" şirkətinin nümayəndəsi bildirib ki, "Google" şirkəti ilə razılaşmadan sonra "Focals 1.0" eynəyinin dəstəyi dayandırılacaq və smart eynəyin 2-ci nəslinin hazırlanması planı ləğv ediləcək. Alıcılara qurğu ilə bağlı istənilən xərclərin kompensasiya ediləcəyinə söz verilib.

Mütəxəssislərin fikrincə, bu razılaşma axtarış sisteminin "Google Glass"ın uğursuzluğundan sonra smart eynək bazarına qayıdışı kimi izah edilə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.