Maraqlı

Snapdragon 875-in qiyməti ortaya çıxıb

2 İyul 2020 08:15
Baxış: 786
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu il bir çox smartfon istehsalçıları öz flaqman smartfon modellərinin qiymətlərini nəzərə çarpacaq dərəcədə qaldırdılar. Bu, ilk növbədə Qualcomm Snapdragon 865 prosessorunun qiymətinin yüksək olması ilə bağlıdır. İndi isə ortaya çıxmış məlumata əsasən gələn il flaqman smartfonların qiymətləri daha da artacaq. Bu barədə Gagadget saytı xəbər verib. Koreyanın Clien adlı forumundə Xiaomi şirkətnin imzaladığı sənəd ortaya çıxıb. Həmin sənədə əsasən yeni Sanpdragon 875 flaqman prosessorunun qiyməti 250$ təşkil edəcək.

Bu qiymətə prosessorun özü və 5G şəbəkəsi üçün nəzərdə tutulmuş Snapdragon X60 5G modemi daxil olacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, smartfon istehsalçıları hal hazırda aktual olan Snapdragon 865 prosessoru üçün Qualcomm şirkətinə 150$-160$ ödəyirlər. Başqa sözlə Snapdragon 875 prosessoru hal hazırda aktual olan Snapdragon 865-dən 100$ baha qiymətə satılacaq. Əgər bu məlumat həqiqətə uyğundursa deməli gələn il ucuz qiymətə sahib flaqman smartfon modellərini gözləmək lazım deyil.

Son məlumat sızıntılarına əsasən Snapdragon 875 prosessoru Cortex-X1 və Cortex-A78 nüvələrinə sahib olacaq. Bununla yanaşı prosessor Adreno 660 qrafik çipi, təsvirin emal olunması üçün Spectra 580 modulu, Qualcomm (SPU250) təhlükəsizlik çipi, LPDDR5 SDRAM standartlı RAM dəstəyi və aşağı enerji sərfiyyatlı audiosistem ilə təchiz olunacaq. Ənənə üzrə Qualcomm şirkəti yeni prosessoru bu ilin sonunda təqdim etməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.