Maraqlı

Yaponiya “6G” rabitə sistemlərinin hazırlanmasına 653 milyon dollar ayıracaq

2 İyul 2020 08:31
Baxış: 1 195
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiya hakimiyyəti 2030-cu ildə tətbiqi planlaşdırılan altıncı nəsil mobil rabitə sistemlərinin hazırlanması ilə məşğul olan şirkətlərə 70 milyard yen (təxminən 653 milyon dollar) ayırmaq niyyətindədir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, bir müddət əvvəl Yaponiya Nazirlər Kabineti yanında yeni formatın tətbiqi üçün kompleks strategiyanın hazırlanması məqsədilə texniki mütəxəssislərdən, özəl biznes və müvafiq idarələrin nümayəndələrindən ibarət Ekspert Şurası yaradılıb. Hazırda ölkədə beşinci nəsil mobil rabitə şəbəkələrinə (5G) keçid həyata keçirilir. Bu istiqamətdə ölkə "5G" şəbəkəsinin daha tez istifadəsinə başlandığı ABŞ və Koreya Respublikasından geridə qalır. Bundan başqa, Yaponiya hökuməti müvafiq avadanlığın hazırlanmasında Çindən geridə qalmağa görə narahatlıq keçirir.

Hazırda isə ölkə hökuməti bizneslə əməkdaşlıqda bu boşluğu aradan qaldırmaq və daha sürətli və daha etibarlı altıncı nəsil sistemlərə keçiddə liderliyi ələ almaq niyyətindədir. "6G" texnologiyasından, məsələn, sürücüsüz nəqliyyat vasitələrində, distansiyadan tibbi xidmətdə geniş istifadə nəzərdə tutulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.