Maraqlı

Cybertrack üzə biləcək, ya yox?

30 İyun 2020 21:10
Baxış: 567
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tesla şirkətinin sahibi Elon Musk daha bir maraqlı açıqlama ilə gündəmə gəlib.

Milli.Az ted.az-a istinadən bildirir ki, budəfəki açıqlamadan sonra gözlər yenidən şirkətin Cybertruck modelinə dikilib.

İzləyicilərdən biri tərəfindən verilən suala Cybertruck-ın üzə biləcəyi cavabını verən E.Musk modelin PR-nı öz üzərinə götürmüş kimi görünür.

Bundan başqa, avtomobilin gövdə dizaynı da onun su üzərində qalmasına yardımçı ola bilər. Suda irəliləmək üçün isə böyük təkərlərin kömək edəcəyini demək mümkündür.

Qeyd edək ki, bütün bunlar yalnız iddiadır. Modelin, əslində, necə olacağını isə yalnız satışa çıxarıldıqdan sonra tam dəqiqliklə demək olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.