Maraqlı

Ən təhlükəli yay ayaqqabıları hansılardır? - Travmatoloq-ortoped açıqladı

27 İyun 2020 17:42
Baxış: 981
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Düz altlığı olan ayaqqabılar ayağın deformasiyasına səbəb ola bilər. Bu meyara uyğun ən böyük təhlükəni "vyetnamka" formalı ayaqqabılar daşıyır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Rusiyanın tanınmış travmatoloq-ortopedi Mixail Vixtar açıqlama edib.

O, ayağa dəstək olan içlikli ayaqqabı geyinməyi və ortopedik astara diqqət etməyi məsləhət görüb. Bundan əlavə, həkim elastik və yumşaq altlıqlı ayaqqabı seçməyin zəruriliyini vurğulayıb.

M.Vixtar həmçinin yay fəslində parklarda və ya şəhər kənarında ayaqyalın gəzməyi tövsiyə edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.