Maraqlı

Dəniz suyundan koronavirusa yoluxmaq mümkündürmü? - AÇIQLAMA

27 İyun 2020 15:36
Baxış: 2 387
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Çay, göl və ya dənizdə koronavirusa yoluxmaq mümkün deyil. Su yayda davamlı olaraq günəş şüalarının təsirinə məruz qalır ki, bu da virusu məhv edir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bunu Rusiyanın Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun CMD Molekulyar Diaqnostika Mərkəzinin mütəxəssisi Mixail Lebedev bildirib.

O, COVID-19-un hava-damcı yolu ilə yayıldığını xatırladıb.

Alimin sözlərinə görə, açıq su hövzələrində bakteriya və ya parazitə yoluxmaq mümkündür, ancaq koronovirus məsələsində bu, keçərli deyil.

"COVID-19-un su ilə yayıla biləcəyinə dair heç bir elmi dəlil yoxdur. Nəzərə almaq lazımdır ki, açıq su hövzələrində yüksək insolyasiya var, bu isə koronavirusa məhvedici təsir göstərir", - deyə mütəxəssis bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.