Maraqlı

Bu il səyahət üçün təhlükəsiz yerlərin adları açıqlandı - Türkiyə, Yunanıstan...

25 İyun 2020 23:55
Baxış: 2 187
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2020-ci ildə ən təhlükəsiz səyahət yeri Vyetnam dövləti seçilib.

Koronavirus pandemiyasından uğurla keçmiş və səyahət üçün tövsiyə edilə bilən yerlərin tam reytinq cədvəli hazırlanıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə Independent nəşri məlumat yayıb.

Məlumata görə, Vyetnamda infeksiyanın yayıldığı bütün dövrlərdə 342 yoluxma hadisəsi qeydə alınıb və heç bir ölüm halı olmayıb. Material müəlliflərinin fikrincə, bu cür nəticələrin əldə edilməsi, dövlət rəsmilərinin çevik reaksiyası və koronavirusun qarşısını almaq üçün görülən sərt tədbirlər planı olub.

Yunanıstan təhlükəsiz dövlətlər arasında ikinci yeri tutub. Çünki sözügedən ölkədə infeksiyanın yayılmasının qarşısı daha tez alınıb. Salonikidə xəstəliyin ilk halı aşkarlandıqdan bir gün sonra hökumət illik karnavalı ləğv edib. Bunun ardınca məktəblərin, barların, kafelərin və muzeylərin bağlanması, həmçinin məcburi sosial məsafənin tətbiqini həyata keçirib. Eyni zamanda, siyahıda tənəffüs maskaları taxmağı məcbur edən, Çinə səfərləri məhdudlaşdıran Hong Kong da yer alıb.

Yeni Zelandiya, Trinidad və Tobaqo ada əyalətləri də ziyarət üçün tövsiyə olunan yerlər sırasındadır. İyun ayının əvvəlində Dünya Səyahət və Turizm Şurası (red: ingliscəWorld Travel & Tourism Council, WTTC)  bu yay təhlükəsiz səyahət yerləri sırasında qeyd olunan adaları da əlavə edib.Şuranın verdiyi şərhdə, Portuqaliya, Türkiyə və Səudiyyə Ərəbistanı səyahət üçün ən təhlükəsiz ölkələr hesab olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.