Maraqlı

İstifadəçilər “Chrome” brauzeri üzərindən 32 milyon dəfə casus proqramı yükləyiblər

23 İyun 2020 07:31
Baxış: 738
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Awake Security" şirkətinin mütəxəssisləri bildiriblər ki, istifadəçilər "Chrome" brauzeri üzərindən 32 milyon dəfə casus proqramı yükləyiblər. Bu proqram təminatı axtarış tarixçəsi haqqında və başqa məlumatları toplayır.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, məlumata görə, zərərverici proqramlar brauzer üçün müxtəlif genişlənmələrin yüklənməsi vasitəsilə kompüterlərə düşüb. Məsələn, avtomatik mətn tərcüməçisi, fayl çeviriciləri, hava proqnozunu göstərən vidcetlər quraşdıran istifadəçi cinayətkarların hədəfinə çevrilib. Bəzi hallarda istifadəçinin brauzerdəki əməliyyatlarını izləmək üçün genişlənmələrə əlavə funksiyalar quraşdırılıb.

Mütəxəssislər hələ ki casus proqramının kimin tərəfindən yaradıldığını müəyyənləşdirə bilməyiblər.

Bundan başqa, "Google"un komandası tərəfindən casus funksiyalarına malik təxminən 70 genişlənmənin silinməsi haqqında məlumat verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.