Maraqlı

“One Netbook” şirkəti yeni "cib" noutbuku təqdim edib

18 İyun 2020 08:35
Baxış: 796
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yığcam noutbukların istehsalı üzrə ixtisaslaşmış "One Netbook" şirkəti "One Mix 1S " adlı yığcam fərdi kompüter modelini təqdim edib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, noutbuk cihazı "Windows" planşetə çevirən 360 dərəcə fırlanma funksiyasına malik 7 düymlük sensor ekranla təchiz edilib. Daxiletmə qurğusu kimi həm "QWERTY" düzülüşlü klaviatura, həm də elektron qələmdən istifadə etmək mümkündür.

"One Mix 1S " aparatı 1,1 QHs takt tezlikli ("Turbo Boost" rejimində 3,4 QHs-dək) 4 nüvəli "Intel Core m3-8100Y" prosessoru ilə təchiz edilib. Daxili "Intel UHD 615" videokartı qurğunun qrafik imkanlarını təmin edir. Qurğu 8 QB-lıq "DDR3" əməli yaddaşı və 256 QB-lıq "SSD" daşıyıcıya malikdir. Leptop, həmçinin blokdan çıxartmaq üçün barmaq izləri skanerinə malikdir və ikidiapazonlu "Wi-Fi" (2,4 QHs 5 QHs) modulu ilə təchiz edilib.

Yığcam noutbuk "USB Type-C" portu ilə enerji toplayan 6500 milliamper/saat tutumunda akkumulyatorla təchiz edilib. Yeni qurğunun korpusunda "micro-HDMI" konnektoru, "USB 3.0" portu, həmçinin "microSD" yaddaş kartları üçün slot yerləşdirilib.

Satışa çıxarılmış 500 qr ağırlığında olan "One Mix 1S " qurğusunun qiyməti 600 dollardır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.